Modern.az

Polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ

Polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ

3 Noyabr 2024, 13:23

Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.

 

Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza