Modern.az

Silahlılar karqo şirkətinə hücum etdi: bir milyon avroluq oğlurluq

Silahlılar karqo şirkətinə hücum etdi: bir milyon avroluq oğlurluq

Dünya

3 Noyabr 2024, 19:43

İtaliyanın Piaçenza şəhərində silahlı şəxslər DHL karqo şirkətinin ofisinə hücum ediblər.

Modern.az xəbər verir ki, şirkətin ofisini qarət edən silahlı dəstə üzvləri anbardan və yük maşınlarından külli miqdarda dəyərli texnoloji məhsullar oğurlayıblar. Silahlı şəxslər hadisə yerindən qaçan zaman dəstənin digər üzvləri əraziyə giriş-çıxış yollarında saxladıqları oğurlanmış avtomobilləri və mikroavtobusları yandırıblar.

Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb, dəstə üzvlərinin axtarışları davam edir.

Anbardan və yük maşınlarından oğurlanan məhsulların dəyərinin azı bir milyon avro olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?