Modern.az

Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rəsmi CAVAB

Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - Rəsmi CAVAB

Ölkə

4 Noyabr 2024, 14:08

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.

Modern.az xəbər verir ki, bunu “Report”a Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib" - deyə, R.Qasımov bildirib.

Bu xəbər ilə bağlı
Bələdiyyə seçkiləri niyə gecikir? - SƏBƏB
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi