Modern.az

Atatürk Mərkəzindən körpəyə "Atatürk" adının verilməsinə REAKSİYA

Atatürk Mərkəzindən körpəyə "Atatürk" adının verilməsinə REAKSİYA

Ölkə

4 Noyabr 2024, 16:48

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir ailə övladına Atatürk adını qoyubBu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir. Qeyd edək ki, Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğulan körpələrə Atatürk adınının qoyulmasını yasaqlamışdı. Ümumiyyətlə, 2014-cü ildən bəri buna icazə yox idi. Bu qadağa qeyri-rəsmi tətbiq olunurdu.

 

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bunu onunla əsaslandırmışdı ki, Türkiyə hökuməti illər öncə Azərbaycan tərəfinə müraciət edəndən sonra bu adın verilməsinə qadağa qoyulub.

 

Qeyd edək ki, sözügedən məsələ Azərbaycan və Türkiyədə birmənalı qarşılanmayıb. Körpəyə bu adın qoyulmasının tərəfdarı olan da var, etiraz edən də...

 

Modern.az mövzu ilə bağlı Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovla həmsöhbət olub.

 

O bildirib ki, Atatürk adının bir uşağa qoyulmasına münasibəti müsbətdir:

 

“Biz etiraz etsək də, etməsək də bu ad qoyula bilər və qoyulacaq. Xalq əgər bu adı qoymaq istəyirsə mən bir problem görmürəm. Amma gərək o adam bu adı doğrultsun. Ümumi vətəndaşlıq haqlarına və qaydalara görə bu adın qoyulmasında heç bir problem yoxdur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu