Modern.az

Fırtınalı hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Fırtınalı hava ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Ölkə

4 Noyabr 2024, 16:36

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.

Bu barədə Modern.az-a Dövlət Dəniz və Liman Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin məlumat verilib.

Xəbərdarlığa əsasən, noyabrın 4-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq külək noyabrın 6-sı səhər saatlarına kimi davam edəcək .

Belə ki, bu gün axşam müşahidə olunacaq cənub-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, noyabrın 5-i səhər saatlarından noyabrın 6-dək isə şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, açıq dənizdə isə 35-37  m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün  3.0-4.0 m, sonrakı inkişafda 6.0-8.0 m.çatacağı proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi