Modern.az

Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi AÇIQLAMA

Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi AÇIQLAMA

Hadisə

4 Noyabr 2024, 17:32

Zaqatalada yeni doğulan körpə ölüb. Belə ki, Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində körpə ölümü qeydə alınıb.

 

Modern.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, 31.10.2024 tarixində saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi,  dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub:

 

“Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub. 02.11.2024-cü il tarixdə zahı evə yazılıb.

 

Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu