Modern.az

Zəfər xronikası - Ağdərədə düşmənin hərbi kalonu məhv edilib

Zəfər xronikası - Ağdərədə düşmənin hərbi kalonu məhv edilib

5 Noyabr 2024, 08:14

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Trend Vətən müharibəsinin noyabrın 5-nə olan xronikasını təqdim edir:

 

- Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

 

- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub.

 

- Erməni təcavüzü nəticəsində ölən mülki şəxslərin sayı 92 oldu.

 

- Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutub.

 

- Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikaların videogörüntüsü yayılıb. Düşmənin Tonaşendəki hərbi infrastrukturu darmadağın edilməsinin videogörüntüləri yayılıb.

 

- Füzuli və Xocavəndin işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.

 

- Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib. Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu