Modern.az

Sertifikasiyadan keçən müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ

Sertifikasiyadan keçən müəllimlərin maaşı nə vaxt artacaq? - RƏSMİ

Təhsil

5 Noyabr 2024, 08:20

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

 

Bəs sertifikasiya imtahanında uğur qazanan müəllimlərin əməkhaqqısına nə zaman əlavələr tətbiq olunacaq?

 

Modern.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

 

Nazirlikdən bildirilib ki, əlavələr 01.09.2024-cü il tarixindən tətbiq ediləcək:

 

"Əlavələr noyabr ayının əməkhaqqısı ilə birgə ödəniləcək",- deyə qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu