Modern.az

Bakıda binanın dam örtüyü uçdu: maşın əzildi - FOTO

Bakıda binanın dam örtüyü uçdu: maşın əzildi - FOTO

Hadisə

5 Noyabr 2024, 08:46

Bakının Xətai rayonunda binanın dam örtüyü uçub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən binanın dam örtüyünü külək uçuraraq yerə atıb.

 

Dam örtüyünün parçalarından biri "Toyota Prado" markalı minik avtomobilinin üzərinə düşüb. Uçan dam örtüyü işıq dirəyinə də ziyan verib.

 

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI