“Rafiq müəllimin səhhəti yaxşıdır”. Bunu Modern.az-a açıqlamasında tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynli deyib.
O, Türkiyədə əməliyyat olunan həyat yoldaşının bu gün vətənə qayıdacağını bildirib: “Bu gün Bakıya qayıdırıq. Bizi kimsə müşayiət eləmir. Yalnız ailə olaraq, üçümüzük. Rafiq müəllim nəfəs alanda çətinlik çəkir. Düzü, bu məni bir az qorxudur. Hətta, təyyarədə uçacaq deyə narahatam. İnşallah, Bakıya sağ-salamat çataq. Hər şey yaxşı olacaq”.
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov ağ ciyər xərçəngindən əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunub.
Namidə BİNGÖL