Modern.az

Paşinyandan razı və narazı olan ermənilərin sayı açıqlandı - SORĞU

Paşinyandan razı və narazı olan ermənilərin sayı açıqlandı - SORĞU

Aktual

5 Noyabr 2024, 14:24

“Gallup” beynəlxalq analitik təşkilatı Ermənistanda sorğu keçirib.

Modern.az xəbər verir ki, sorğu zamanı Ermənistan vətəndaşlarından baş nazir Nikol Paşinyanın işini qiymətləndirçək də xahiş edilib.

Oktyabrda keçirilən sorğuya əsasən, vətəndaşların 34,5 faizi Nikol Paşinyanın işini müsbət, 57,6 faizi isə mənfi qiymətləndirib.

İyulda onun işini respondentlərin 35,1 faizi müsbət, 54,8 faizi mənfi qiymətləndirmişdi.

May ayında respondentlərin 27,8 faizi baş nazirin işindən razı, 59,7 faizi isə narazı olmuşdu.

“Gallup” son sorğularına görə, Ermənistan vətəndaşlarının demək olar ki, yarısı ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin mümkünlüyünə inanmır.

“Sizcə, ilin sonuna qədər sülh müqaviləsi bağlamaq mümkündürmü” sualına cavab verən vətəndaşların yalnız 8,3 faizi “mütləq bəli” deyib. 17,5% “bəli”, 23,4% “xeyr”, 41,2% “qeyri-mütləq” cavabını verib. Respondentlərin 9,6%-i suala cavab verməkdə çətinlik çəkib.

“Ermənistan Azərbaycan və Türkiyə ilə daha sıx əlaqələr qurmaq üçün yeni güzəştlərə getməlidirmi" sualına 7% “bəli, alternativimiz yoxdur”, 90% “xeyr, daha güzəştə getmək üçün heç nə yoxdur” cavabını verib, 3% isə cavab verməkdə çətinlik çəkib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?