Modern.az

Cavanşir Paşazadə hirsləndi: “Rza Zərrab kimdi, məni onunla bağlayanları məhkəməyə verəcəm”

Cavanşir Paşazadə hirsləndi: “Rza Zərrab kimdi, məni onunla bağlayanları məhkəməyə verəcəm”

21 Dekabr 2013, 13:54

“Mən hazırda ezamiyyətdəyəm. Təbii ki, bu iddialar mətbuatın bir daha yoxlanmamış informasiyaları yazmasından başqa bir şey deyil”. Bunu Modern.az saytına açıqlamasında millət vəkili Cavanşir Paşazadə deyib. O, Türkiyədə həbs olunan iş adamı, əslən azərbaycanlı Rza Zərrabla əlaqələri barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən qeyd edib ki, deyilənlər həqiqəti əks etdirmir.

Deputatın sözlərinə görə ezamiyyətdən qayıtdıqdan sonra “Yeni Müsavat” qəzeti haqqında məhkəmə qarşısında iddia qaldıracaq.

“Digər tərəfdən Rza Zərrab adlı birinin kim olduğunu tanımıram. “Palmali” şirkətlər qrupunun isə mənə heç bir aidiyyatı yoxdur. Mən ad çəkmirəm, amma bəziləri Türkiyədə baş verənlərin Azərbaycanla bağlı olduğu iddialarını ortaya atırlar. Yazılanların mənə heç bir dəxli yoxdur”-deyə C.Paşazadə bildirib.

Qeyd edək ki, Türkiyədəki məlum rüşvət və korrupsiya ittihamları ilə həbs olunan Rza Zərrabın C. Paşazadə ilə əlaqələrinin olması haqqında “Yeni Müsavat” qəzetində məlumatlar yer alıb.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...