Modern.az

Trampın partiyası Konqresə seçkiləri də UDUR

Trampın partiyası Konqresə seçkiləri də UDUR

Dünya

6 Noyabr 2024, 09:12

ABŞ-da prezident seçkiləri ilə eyni vaxtda keçirilən Konqres seçkilərində respublikaçılar hələ səslərin hesablanması başa çatmamış Senatdakı 100 yerdən 51-ni qazanıblar.

Modern.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Hazırkı seçkilərdən əvvəl Senatda çoxluq demokratlara məxsus idi.

Telekanal xəbər verir ki, saat 08:30-a olan məlumata görə, Nümayəndələr Palatasına keçirilən seçkilərdə respublikaçılar çoxluq üçün tələb olunan 218 səsdən 165-ni, Demokratlar isə 112-ni toplayaraq öndədirlər.

Dünən - noyabrın 5-də ABŞ-da 60-cı prezident seçkisi keçirilib. Amerikalılar prezidenti, vitse-prezidenti, ABŞ Konqresinin Senatının üçdə birini (34 yer) və bütün Nümayəndələr Palatasını (435 yer), həmçinin 11 ştat və 2 ərazinin qubernatorlarını seçirlər.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü