Modern.az

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Təhsil

21 Dekabr 2013, 13:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında dekabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!