Modern.az

Azərbaycan "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

Azərbaycan "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

21 Dekabr 2013, 22:44


Bu gün Türkiyənin Eskişehir şəhərindəki Anadolu Universitetində türk dünyasının ilk və yeganə musiqi yarışması olan "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Trend-in məlumatına görə, müsabiqədə Azərbaycanı təmsil "Yeni ulduz" mahnı müsabiqəsinin qalibi olan Fərid Həsənov "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub.

Qeyd edək ki, o, müsabiqəyə "Yaşa" adlı mahnı ilə qatılıb.

Xatırladaq ki, Türk Musiqi Birliyi (TBM) televiziya kanalı, TÜRKSOY təşkilatı və "Eskişehir-2013" Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə Azərbaycan da daxil olmaqla 24 ölkənin təmsilçisi qatılıb. Onlardan 12-si müsabiqənin final mərhələsinə vəsiqə qazanıb.

Finalda Azərbaycan, Türkiyə, Belarus, Kosova, Qazaxıstan, Bosniya və Herseqovinya, Tatarıstan, Ukrayna, Rusiya Federasiyasının Altay muxtariyyəti, Şimali Kipr Türk Respublikası, Qırğızıstan və Özbəkistan təmsilçiləri iştirak ediblər.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!