Modern.az

Müsavat Partiyasında yeni qadın sədr seçildi

Müsavat Partiyasında yeni qadın sədr seçildi

22 Dekabr 2013, 20:09
Müsavat Partiyasının qərargahında Müsavat Qadın Birliyinin III  hesabat-seçki yığıncağı keçirilib. Modern az saytı "musavat.com"a istinadən xəbər verir ki, tədbirdə partiyanın  MNTK  üzvləri Razim Əmiraslanlı və Məzahir Məmmədli də iştirak edib. Tədbir zamanı sədrliyə, sərbəst şura üzvlüyünə,  NTK-ya namizədlər irəli sürülüb. Sədrliyə 3 nəfər iddialı olub - Sədaqət Paşayeva, Ellada Məmmədli, Vəfa Cümşüdlü. Seçkilərin gedişinə nəzarət etmək, nəticələrini saymaq üçün 5 nəfərdən ibarət razılaşdırılmış qaydada say komissiyası təyin olundu. Namizədlər çıxış ediblər. Daha sonra tədbirə Müsavat Partiyası başqanı İsa Qəmbər və başqan müavinləri Vurğun Əyyub və Arif Hacılı qatılıb.

Axşam saatlarında seçkilərin nəticələri elan olunub. Komissiyasının üzvü Dünyaxanım Cərullayeva nəticələri açıqlayıb.  Nəticələrə görə Müsavat Partiyasının Qadın Təşkilatının yeni sədri Ellada Məmmədli olub. Bundan əlavə sərbəst şura üzvləri (Arifə Hüseynli, Başxanım Abbaslı, Sevinc Hüseynova, Sevinc İsgəndərova, Gülnar Mütəllimova, Xanım Mirzə, Xuraman Qasımova, Könül Xaçmaz, Mətanət İsmayılova, Nərgiz Yaqublu, Vəfa Cümşüdlü ) və Nəzarət Təftiş Komissiyası (Lətafət Məlikova ) seçildi. Onu da xatırladaq ki, seçkilər qapalı şəraitdə keçirliib.  


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!