Modern.az

Şuşada atəşfəşanlıq olacaq

Şuşada atəşfəşanlıq olacaq

7 Noyabr 2024, 10:52

8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada tədbirlər keçiriləcək, atəşfəşanlıq olacaq.

Modern.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Qoruq İdarəsi məlumat yayıb.

Məlumata görə, Zəfər Günü ilə əlaqədar Bayraq meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş keçiriləcək.

Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi olacaq, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgiyə baxış olacaq. Bundan əlavə, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının nümayişi olacaq, həmçinin konsert təşkil olunacaq.

Zəfər Günü atəşfəşanlıqla başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək