Modern.az

Azərbaycanın qazandığı qələbə ilə regiona sülh gəlib

Azərbaycanın qazandığı qələbə ilə regiona sülh gəlib

Parlament

7 Noyabr 2024, 11:29

"Azərbaycan qazandığı möhtəşəm qələbə ilə dünyaya ədalətin bərpa olunduğunu nümayiş etdirdi”.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spikerin birinci müavini Əli Əhmədov bildirib. 

O qeyd edib ki, bu gün Azərbaycan sülh gündəliyini dünyaya bəyan edir, bu, böyük qələbədir.

"Bu qələbə regional və beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın qazandığı qələbə ilə regiona sülh gəlib. Fürsətdən istifadə edib Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Eyni zamanda zəfərimizin memarı cənab Prezidentə təşəkkürümüzü bildiririk”,- deyə Əli Əhmədov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər