Modern.az

İran səfiri yenə Ermənistana dəstək verdi

İran səfiri yenə Ermənistana dəstək verdi

7 Noyabr 2024, 12:24

“Tehran regionda nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, lakin Ermənistanın suverenliyini və ərazi bütövlüyünü nəzərə alır”.

Modern.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani “Ermənistan-İran: əməkdaşlıq prosesi və yeni perspektivlər” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, İranın “Zəngəzur dəhlizi” ilə bağlı mövqeyi aydındır: Tehran istənilən geosiyasi dəyişikliklərə və dəhliz məntiqinə qarşıdır.

“İranla Ermənistan arasında münasibətlərin möhkəm təməli var: biz əsrlər boyu yan-yana yaşayan və mehriban əlaqələri olan qonşularıq. Mən heç kimin iki ölkənin maraqlarına zidd addımlar ata biləcəyini düşünmürəm”, - deyə Sobhani bildirib.

O, həmçinin vurğulayıb ki, əvvəllər İran və Ermənistan arasında ikitərəfli münasibətlər də xarici amillərin təsiri olmadan inkişaf edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək