Kompleks Qazma İşləri Trestiindən(KQİT) 1100 nəfər işçi ixtisar olunacaq. Bu barədə Modern.az-a Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. O, bildirib ki, Neft Daşları, Abşeron və Sahil qazma işləri idarələri ləğv olur. Onun sözlərinə görə, bu idarələrin idarə statusu əlindən alınaraq sahəyə çevrilir.
“Bu gün isə Abşeron qazma işləri idarəsinin bir qrup işçisindən müraciət daxil olub. Onlarv bildiriblər ki, idarələri ləğv olunur. Bizdən kömək istəyiblər. Ürəyim ağrıdı. Bir qadın elə ağlayırdı ki. Onu da qeyd edim ki, əvvəllər dediyim kimi, bu idarələrdə rəhbər vəzifələrdə trestin rəisi İskəndər Şirəlinin çoxlu qohum-əqrabası işləyir. İndi onlara hansı vəzifə veriləcək?”-deyə Mirvari Qəqhrəmanlı bildirib.
Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Nizaməddin Quliyev isə Modern.az-a açıqlamasında bu barədə onda heç bir məlumat olmadığını söylədi.
“Yalan sözdür. Elə bir şey yoxdur. Belə bir şey olsaydı, mənim də məlumatım olardı. Məndə isə belə məlumat yoxdur”-deyə ARDNŞ sözçüsü bildirib.
Gültəkin