Modern.az

Kür çayında axtarılan qadın Bakıda imiş - YENİLƏNİB

Kür çayında axtarılan qadın Bakıda imiş - YENİLƏNİB

Hadisə

7 Noyabr 2024, 21:39

Özünü Kür çayına atdığı ehtimal olunan Neftçalanın rayon Bankə qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının Bakı şəhərində olduğu məlum olub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, qadın hazırda Bakıdakı sığınacaqlardan birindədir.

 

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Belə ki, bu hadqa iki gün öncə evdən çıxan və çayın qırağında paltarları tapılan qadının yaxınları onun üzünü çaya atdığını ehtimal edərək məlumat veriblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

14:49

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kür çayının Bankə qəsəbəsindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.

Bildirilir ki, Kürdə batan şəxs 32 yaşlı qadındır. Onun intihar məqsədilə özünü çaya atdığı deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI