Ölkə başçısı İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə Gəncə şəhərində 52 min ağaсın əkilməsi kampaniyasına start verilib.
Bu barədə Modern.az-a Gəncə şəhər icra başçısının müavini Naqif Həmzəyev məlumat verib. Onun sözlərinə görə, kampaniya 23 dekabrdan 30 dekabra kimi davam edəcək:
“Şəhərin Məhsəti qəsəbəsində ağac əkilir. Bu kampaniyada ictimai təşkilatların və müəssisələrin kollektivləri iştirak edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də bu gün kampaniyada iştirak edərək ağac əkib”.
Qeyd edək ki, kampaniyanı İcra Hakimiyyəti ilə bərabər "İDEA" təşkilatı həyata keçirir.
Gültəkin