Modern.az

Aydın Vəliyev: “Yumurtanı bahalaşdıran möhtəkirlərdir”

Aydın Vəliyev: “Yumurtanı bahalaşdıran möhtəkirlərdir”

23 Dekabr 2013, 11:34


“Yumurtanın bahalaşması xəbəri yalandır”. Bunu Modern.az-a açıqlamasında Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

“Ölkə yumurta ilə tam təmin olunub. Azərbaycana xaricdən də yumurta gətirilir. Heç bir yumurta qıtlığından söhbət gedə bilməz. Qiymətlər isə 8-11 qəpik arasıdır. Yumurtanın qiymətinin qalxması halını müşahidə etməmişik. Əgər belə bir hal varsa da, bu, açıq-aşkar möhtəkirlikdir. Yarmarkalarda yumurta ucuzdur. Əgər kimsə yumurtaya real qiymətdən yuxarı qiymət qoyubsa, buna müdaxilə edə bilmərik”, – deyə A.Vəliyev sözünə əlavə edib.

Aydın Vəliyevin bu dediklərinin əksinə olaraq, mağazalarda yumurtanın bahaşaldığı müşahidə olunmaqdadır – 14-20 qəpik...

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!