Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin Bakıda keçirilən Dünya Dini Liderlərinin Qlobal Sammitinə dəvət olunmamasının səbəbini açıqlayıb.
Modern.az-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, QMİ sədri jurnalistlərə açıqlamasında deyib ki, o, bununla bağlı müraciətlər alıb:
"Mən II Qareginin Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə Bakıdakı sammitdə iştirak etməsinin mümkün olacağı məsələsini qaldırdım. Ancaq qarşı tərəfdən cavab gəlmədi və biz də onu tədbirə dəvət etmədik".
Mail AĞAXANOV