Modern.az

Nəqliyyat və Kommunikasiya Holdinqində Müşahidə Şurası təsdiqləndi - SİYAHI

Nəqliyyat və Kommunikasiya Holdinqində Müşahidə Şurası təsdiqləndi - SİYAHI

İqtisadiyyat

7 Noyabr 2024, 18:16

Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Fərman imzalayıb.

Modern.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
 

Müşahidə Şurasının sədri
 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
 

Müşahidə Şurasının üzvləri:
 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru

Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu