Modern.az

Cəmil Həsənli: "O quruma ciddi etirazım var"

Cəmil Həsənli: "O quruma ciddi etirazım var"

23 Dekabr 2013, 12:02

“Avropa Şurası və onun seçki müşahidə missiyası Azərbaycanda özünü tamamilə gözdən salıb. Artıq Avropa Şurasının özündə də onlardan çox ciddi şəkildə narazılıq var”.
Bunu Modern.az-a Milli Şuranın sədri Cəmil Həsənli AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycana planlaşdırılan səfərinə münasibət bildirərkən deyib. O, qeyd edib ki, həmməruzəçilərin təmsil olunduqları ölkələrin mətbuatında 9 oktyabr seçkiləri ilə bağlı verdikləri qeyri-obyektiv, təmənnalı, tərəfli qiymətlə bağlı xeyli məlumat dərc olunub:
“Ola bilsin ki, onlar gəlib burada nə isə araşdıracaqlar. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olanda düşünürdüm ki, bu qurum tədricən ölkəmizi öz qaydalarına uyğunlaşdıracaq. Amma tamamilə əks proses getdi və Avropa Şurası Azərbaycan qaydalarına uyğunlaşdı”.

AŞPA nümayəndələri ilə görüşü boykot etmək məsələsinə gəlincə, Milli Şuranın deyib ki, bu məsələ müzakirə olunmalıdır: “Bu məsələ müzakirə olunmalıdır ki, yekun bir qərara gələk”.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrexin və Pedro Aqramuntun gələn ilin əvvəlində Azərbaycana səfəri planlaşdırılır. Səfər zamanı həmməruzəçilər Azərbaycanda rəsmi şəxslər, siyasi partiyalar və QHT nümayəndələri ilə görüşlər keçirəcəklər. Səfərin əsas məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı vəziyyəti müşahidə etməkdir.

İlkin PİRƏLİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!