Modern.az

"Qarabağ"dan Zəfər Gününə HƏDİYYƏ - VİDEO

"Qarabağ"dan Zəfər Gününə HƏDİYYƏ - VİDEO

7 Noyabr 2024, 23:45

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, Ağdam klubu IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.

 

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

 

***

23:17

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

 

Modern.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb - 2:1.

 

59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.

***

22:29

 

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" (Norveç) - "Qarabağ" oyununda hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, Bude şəhərindəki "Aspmira" stadionunda meydan sahibləri "status-kvo"nu bərpa edib - 1:1.

 

41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub.

 

***

21:15

UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşmanın 22-ci dəqiqəsində Ağdam klubunun heyətində Toral Bayramov hesabı açıb.

 

Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.

***

21:46

UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, “Aspmüra” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürüb.

 

Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edir.

 

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi əvvəlki 3 oyunda xal qazana bilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər