Modern.az

Nazir koordinatorlarla görüşdü

Nazir koordinatorlarla görüşdü

7 Noyabr 2024, 22:10

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Afrika Danışıqçılar Qrupunun (AGN) aparıcı koordinatorları ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

 

Qeyd olunub ki, görüşdə tərəflər iqlim maliyyələşdirilməsi və adaptasiya məsələlərini, həmçinin digər vacib məsələləri müzakirə ediblər.

 

"İqlim maliyyələşdirilməsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) müzakirələrin əsasını təşkil edəcəyi üçün COP29 Afrikada iqlim dəyişikliyinə dayanıqlığa və adaptasiyaya töhfə verən tərəqqiyə nail olmağı hədəfləyir", - məlumatda bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək