Modern.az

Hesablama Palatası Səhiyyə Nazirliyində yoxlamalar aparıb

Hesablama Palatası Səhiyyə Nazirliyində yoxlamalar aparıb

23 Dekabr 2013, 12:09

Modern.az xəbər verir ki, Hesablama Palatasının 2013-cü ildə keçirilən növbəti Kollegiya iclasında dövlət büdcəsindən Səhiyyə Nazirliyinin Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutuna, dövlət büdcəsindən 3 saylı şəhər Klinik Xəstəxanasına, Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, habelə Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin gəlir və xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər müzakirə edilərək təsdiq olunub.

Kollegiya iclasında, həmçinin, Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə Kollegiya qərarlarının icra vəziyyəti ilə bağlı məsələyə də baxılmış, müvafiq tövsiyə və tapşırıqlar verilib.

 

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!