Yanacağın bahalaşması ilə istehlak bazarında ciddi dəyişiklik baş verib. Bunu Bakıdakı bazarlarda xüsusilə əyani şəkildə görmək mümkündür. Paytaxtın ən ucuz bazarı sayılan “8-ci km”dəki bazarda qiymətlər ceyran belinə çıxıb.
Modern.az əməkdaşının qeydə aldığı “tariflər” belədir:
kartof – 1-1.20 (əvvəl 60-70 qəpik)
soğan – 70-80 qəpik (əvvəl 30-40 qəpik)
yumurta –14 qəpik (əvvəl 11 qəpik)
kələm – 80 qəpik,
ağ turp – 50 qəpik
quru balıq – 2 manat
narıngi – 1 manat
limon (7 ədədi) – 1 manat
portağal – 1-2 manat
banan – 1 man. 50 qəpik - 2 man. 50 qəpik
alma – 80 qəpik – 1man. 50 qəpik
armud – 1 man. 50 qəpik – 2 man. 50 qəpik
nar – 1 manat – 3 manat qəpik 50
üzüm – 1 man.50 qəpik – 2 man. 50 qəpik
göyərti – 5 dəstəsi 1manat.
Gülşən Raufqızı