Modern.az

“Xalq bank” bəyanat yaydı: “İranla ticarət əlaqələrində hər hansı qanun pozuntusu yoxdur”

“Xalq bank” bəyanat yaydı: “İranla ticarət əlaqələrində hər hansı qanun pozuntusu yoxdur”

23 Dekabr 2013, 12:22


Türkiyədəki məlum rüşvət və korrupsiya əməliyyatlarında adı hallanan “Xalq bank” bəyanat yayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bəyanatda yazılanların və ittihamların həqiqətə uyğun olmadığı bildirilir. Qurumun İdarə Heyətindən verilən açıqlamaya görə, İranla ticarət əlaqələrinin mahiyyətində hər hansı qanun pozuntusu yoxdur. Bəyanatda o da qeyd olunur ki, əlaqələr Türkiyənin İrandan idxal etdiyi təbii qazın maliyyəsinin ödənilməsindən başqa bir şey deyil. “Son günlərdə bankımızla bağlı mətbuatda və bir sıra haqsız ittiham səsləndirilir. Öncəliklə bilinməlidir ki, “Xalq Bank” bütün fəaliyyətində beynəlxalq prinsiplərə tam şəkildə əməl edir. Buna görə də müştərilərinin, iş ortaqlarının haqlarını qorumaq üçün lazımı tədbirlər görür. Xarici ticarəti, pul transferlərini açıq, şəffaf və sistemli şəkildə izləməmək imkanı var”, - deyə bəyanatda vurğulanır. Bəyanatda o da bildirilir ki, İrana qızıl satışına sözügedən bank iyunun 1-də son verib.

    Aqşin Kərimov  
Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!