Türk pop musiqisini ünlü simaları Gülbən Ərgən, Burcu Günəş, İntizar və Bedia Akartürk ümrə ziyarətinə yola düşüblər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk dəfə Məkkə ziyarətinə gedən üç sənətçi bir həftə müqəddəs yerlərdə qalaraq ziyarət əməllərini yerinə yetirəcəklər. Dördlük həcc ziyarətində olmuş yeganə şəxs isə müğənni İntizardır. “Keçə il həccdə olmuşam. Rəbbim, mənə bir daha bura gəlməyi nəsinb et deyə dua etmişdim, arzum gerçəkləşdi”, – deyə İntizar bildirib”.
Modern.az