Modern.az

Yerevanda hakimiyyət əleyhinə aksiya

Yerevanda hakimiyyət əleyhinə aksiya

23 Dekabr 2013, 12:50

Ermənistan paytaxtında hakim Respublika Partiyasının Rusiya yönümlü siyasətinə etiraz edənlər bu dəqiqələrdə parlament binası önünə toplaşıblar. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, “ArmQazpromun” səhmlərinin 20 faizinin Rusiyaya verməsinə etiraz edən nümayişçilər prezident Serj Sərkisyan hakimiyyəti əleyhinə şüarlar da səsləndirirlər. Mitinq iştirakçıları parlamentə yaxınlaşan deputatları görən kimi “qullar”, “xainlər” deyə qışqırıqlar. Əraziyə  polis qüvvələri də cəlb olunub.



Aqşin Kərimov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!