Modern.az

Müxalifətin etirafı: Yanukoviçi 2015-ci ilə kimi yıxmaq mümkün deyil

Müxalifətin etirafı: Yanukoviçi 2015-ci ilə kimi yıxmaq mümkün deyil

Təhsil

23 Dekabr 2013, 13:29

Keçmiş daxili işlər naziri, Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləmək məqsədilə Kiyevdəki Avropa meydanında keçirilən aksiyanın liderlərindən biri Yuri Lutsenko ölkədə növbədənkənar prezident seçkiləri keçirilməsinin mümkünsüz olduğunu etiraf edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, siyasətçi müxalifətin başlıca vəzifəsinin 2015-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşmaq olduğunu deyib: “Vahid lider lazımdır, on liderlə müharibəyə getmək mümkün deyil. Müxalifət namizədinin artıq birinci turda 80 faiz səslə qalib gəlməsinə nail olmaq lazımdır. Bu göstəricini saxtalaşdırmaq mümkün deyil”.

Onun fikrincə, Avropaya inteqrasiya aksiyalarının dəstəklənməsinə Ukraynanın cənub-şərqində yaşayanları da cəlb etmək vacibdir: “Azadlığın ərazisi yaya qədər Krıma qədər gedib çatmalıdır”.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi Avropa meydanının əsas tələblərindən biridir. Bu günlərdə “UDAR” Partiyasının lideri Vitali Kliçko bəyan edib ki, seçki 2014-cü ildə baş tutmalıdır.


Modern.az

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?