Modern.az

Ağstafada faciə: 39 yaşlı kişini maşın vurub öldürdü

Ağstafada faciə: 39 yaşlı kişini maşın vurub öldürdü

Hadisə

9 Noyabr 2024, 23:15

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

 

Yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevi avtomobil vurub.

 

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI