Modern.az

Deputatlar bayramı necə qarşılayacaq? - “Bizə böyük şənliklər yaraşmır”

Deputatlar bayramı necə qarşılayacaq? - “Bizə böyük şənliklər yaraşmır”

23 Dekabr 2013, 15:50

31 dekabra az vaxt qaldığından hər kəs bayramı necə keçirməyin planını qurur. Həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü kimi xaricdə, kimi vətəndə qarşılayacaq. Bəs, millət vəkilləri necə bayram edəcək?

Modern.az saytı bu sualla Milli Məclis üzvlərinə müraciət edib:

Qənirə Paşayeva: “Yeni ili Azərbaycanda qarşılayacağam. Ayın 31-i də daxil olmaqla 3 gün Tovuzda olacağam. Əsgərlərlə tədbirlərimiz var, insanlara baş çəkəcək, onları təbrik edəcəyəm. Yanvarın 1-i Bakıya gələcəyəm. Ailəmlə bərabər burda qeyd edəcəyəm”.

Fazil Mustafa: “Kənara getmirəm. Bayramı evdə doğmalarımla bir yerdə keçirəcəyəm”

Elmira Axundova: “Evdə, yaxınlarımla, oğlumla, ailəmlə qeyd edəcəyəm. Özü də həmin gün-31 dekabr tarixi Məhəmməd peyğəmbərin vəfatı gününə düşür. İnanclı insan kimi hesab edirik ki, bizə yaraşmır böyük şənliklər keçirək. Ona görə adi gün kimi olacaq. Evdə yığışıb çörəyimizi yeyib, bir-birimizi təbrik edəcəyik”

Vahid Əhmədov: “Mən bayramı hər il Qubada keçirirəm. Bu il də Qubada oğlumla, qızımla, həyat yoldaşımla, nəvələrimlə birgə qeyd edəcəyəm”.

Rəbiyyət Aslanova: “Bakıda ailəmin əhatəsində keçirəcəyəm”.

Aydın Mirzəzadə: “Bayramı ənənəvi olaraq ailəmlə Bakıda, evdə qarşılayacağam. Yeni il günü dostları, ağsaqqalları, tanıdığım insanları təbrik etməyə çalışacağam. Azərbaycan telekanalında maraqlı verilişlərə baxacağam. Eyni zamanda Bakının atəşfəşanlığını mütləq izləyəcəyəm. 2013-cü ilin uğurlarını xatırlayaraq, növbəti ilin uğurlu olacağına bir daha inanacağam”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...