Modern.az

"Qarabağ" dünya reytinqində 12 pillə GERİLƏDİ

"Qarabağ" dünya reytinqində 12 pillə GERİLƏDİ

İdman

10 Noyabr 2024, 10:54

"Qarabağ" dünya klublarının reytinq siyasında daha 12 pillə geriləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

 

Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25 xalla 72-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi oktyabrda 8 pillə geriləmişdi.

 

18 mövqe itirən "Zirə" (94,25 xal) 219-cudur. 12 sıra aşağı düşən "Sabah" (59,50 xal) isə 423-cü ola bilib.

 

Qeyd edək ki, siyahıya 414 xalla İspaniyanın "Real" klubu başçılıq edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər