“İctimai Palatanın buraxılması ilə Koordinsiya Şurası qərar verməlidir. Belə bir qərar olarsa, ictimaiyyətə açıqlanacaq. Hələ ki İctimai Palata fəaliyyətini davam etdirir”. Bunu Modern.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının (İPKŞ) üzvü Rauf Arifoğlu deyib.
KŞ üzvü “AXCP qurumu buraxılmış hesab edir, Müsavat Partiyası isə əksinə. Siz necə düşünürsüz” sualına cavab verərkən qeyd edib ki, Müsavat Partiyasını orada təkcə İsa Qəmbər təmsil edir: “Koordinasiya Şurasında olan Zəfər Quliyev, Köçəri Nağıbəyli, Vidadi Mirkamal da qurumun buraxılmasının əleyhinədirlər. Burada mənim mövqeyim yoxdur. Yəni İctimai Palatanın buraxılıb-buraxılmaması məsələsi mənim üçün mənasızdır. Sadəcə, məlumat olaraq deyirəm ki, qurumun buraxılması ilə bağlı hər hansı qərar yoxdur”.
R. Arifoğlu bu həftə İctimai Palatanın fəaliyyəti ilə bağlı məsələnin müzakirə olunacağını istisna etmir.
İlkin PİRƏLİ