Modern.az

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Aktual

10 Noyabr 2024, 15:07

Noyabrın 16-da COP 29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masa keçiriləcək. 

Modern.az xəbər verir ki, COP29 çərçivəsində keçiriləcək. Elm, Texnologiya və İnnovasiya Rəqəmsallaşma Günü çərçivəsində yüksək səviyyəli dəyirmi masada aşağıdakı mövzuların müzakirəsi gözlənilir:

• Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası;

• Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi;

• Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması;

• Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi;

• Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.

Tarix: 16.11.2024

Saat: 09:00 - 11:00

Məkan: Bakı Olimpiya Stadionu / Mavi Zona / Xüsusi Tədbir Zalı “Muğam”

Ətraflı məlumat: //bit.ly/3NWhPyk

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi