Modern.az

Ədəbi portallarla yarışacaq daha bir sayt yaranır

Ədəbi portallarla yarışacaq daha bir sayt yaranır

23 Dekabr 2013, 16:58

Dekabrın 31-də Azərbaycan Yazıçılar Birliyi və Diasporla İş Üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan yeni ədəbi portal fəaliyyətə başlayacaq. Modern.az xəbər verir ki, litdiaspora.az adlanan yeni portalın məqsədi Azərbaycanın xaricdə yaşayan ədəbi, mədəni elm və ictimai xadimlərini bir araya gətirmək, onları vətənlərində daha yaxından tanıtmaq, Azərbaycan və xaricdəki diaspora cəmiyyətləri ilə əlaqələri yaxşılaşdırmaqdır.

Rəsmi status daşıyacaq portalın ideya müəllifi və baş redaktoru, AYB- nin şöbə müdiri Sayman Aruzdur. Elektron dərgi formatında olacaq  litdiaspora. az bir sıra mövzular istiqamətində ayrı-ayrı bölmələrə ayrılacaq.   

 

  Elmin Nuri  
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!