Modern.az

Almaniyada polisə HÜCUM ETDİLƏR

Almaniyada polisə HÜCUM ETDİLƏR

Dünya

10 Noyabr 2024, 21:49

Berlinin Fridrixşayn rayonunda naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.

 

Modern.az xəbər verir ki, bir qrup şəxs binaların damına çıxıb havaya fişənglər atmağa başlayıblar. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşmaq istəyərkən onlar daş, kərpic və bir sıra yandırıcı maddələrlə hücum ediblər

 

Hadisə nəticəsində binaların birində yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürüblər. Hücumun səbəbi və onu törədən şəxslərlə bağlı araşdırma aparılır. Xatırladaq ki, bir həftə əvvəl də həmin rayonda polis əməkdaşlarına hücum edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi