Modern.az

Cavid Hüseynov komandasından ayrıldı

Cavid Hüseynov komandasından ayrıldı

11 Noyabr 2024, 19:15

"Turan Tovuz"un məşqçisi Cavid Hüseynov komandadan ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Hüseynovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

36 yaşlı məşqçi bu ilin yayından Tovuz təmsilçisində Kurban Berdıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alırdı.

 

Qeyd edək ki, Cavid Hüseynovun "Səbail"i çalışdıracağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular