Modern.az

Sabiq nazirin oğluna yeni vəzifə VERİLDİ

Sabiq nazirin oğluna yeni vəzifə VERİLDİ

Ölkə

11 Noyabr 2024, 19:27

Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov şirkət rəhbəri təyin edilib. 

 

Modern.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Eldar Abbasov "Railways Communications & Technologies" (RCT) LLC (Dəmir Yolları, Rabitə və Texnologiyaları) şirkətinin Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru kimi fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, RCT şirkəti Azərbaycanda 2019-cu ildə sənayedə dəmir yollarının, SCADA/avtomatlaşdırma sistemlərinin, orta və yüksək gərginlikli yarımstansiyaların ən yaxşı katener/elektrikləşdirilməsini təmin etmək missiyası ilə yaradılıb. . 

 

Xatırladaq ki, Eldar Abbasov 2022-ci ilin sentyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi