Modern.az

Tofiq Hacıyev Dilçilik İnstitutunun direktoru təyin olunub

Tofiq Hacıyev Dilçilik İnstitutunun direktoru təyin olunub

24 Dekabr 2013, 11:29

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev Nəsimi adına Dilçilik İnstitutuna direktor təyin olunub. Qeyd edək ki, Dilçilik İnstitutunda uzun müddət direktor postu boş qalırdı. Bu vəzifəni filologiya elmlər doktoru Fəxrəddin Veysəlli müvəqqəti olaraq icra edib.

Bakı Dövlət Universiteti Filologiya fakültəsinin türkologiya kafedrasından Modern.az saytına verilən xəbərə görə, kafedranın müdiri Tofiq Hacıyev həqiqətən də Dilçilik İnstitutuna direktor təyin olunub. Kafedranın əməkdaşı Vəsilə xanım hələ əmrin verilmədiyini lakin bütün sənədlərin hazır olduğunu bildirib:

“Bəli Tofiq müəllim institut direktoru təyin olunub. Əmr hələ verilməyib, amma bütün sənədlər hazırdır. Tez bir zamanda əmr təsdiq olunacaq”.
Tofiq Hacıyevlə danışmaq istəyimizi bildirdikdə xanım yarızarafatla “Tofiq müəllim burda yoxdur, mobil telefon da işlətmir. Amma biz ona dedik ki, müdir olandan sonra mütləq özünə telefon alsın” deyə cavab verdi.

Elmin Nuri 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!