Modern.az

Saakaşvilinin Ukraynaya gəlişinə qadağa qoyuldu

Saakaşvilinin Ukraynaya gəlişinə qadağa qoyuldu

24 Dekabr 2013, 11:31

Ukrayna Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti Regionlar Partiyasından xalıq deputatı seçilən Oleq Tsarevin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də olmaqla ABŞ və Avropa Birliyi ölkələrindən 36 nəfərin bu ölkəyə gəlməsini qadağan edən sorğusuna müsbət cavab verib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, həmin sorğu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Akimenkoya və xarici işlər naziri Leonid Kojara dekabrın 8-də ünvanlanıb. Deputatın fikrincə, Ukraynada vəziyyətin gərginləşdirilməsi, küçə fəallığı və binaların zəbt edilməsi planlı xarakter daşıyır: “Xarici siyasi texnoloqların və mütəxəssislərin etiraz aksiyalarında iştirakı kifayət qədər rezonansa səbəb olur, onların fəaliyyəti milli təhlükəsizliyə zərər gətirir”. 

 

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!