Gəncədə baş verən qəzada həlak olan 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva orta məktəb müəllimi olub.
Modern.az bu barədə “qafqazinfo”ya istinadən xəbər verir.
O, Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırmış.
Qeyd edək ki, hadisə Gəncə-Şəmkir yolunda qeydə alınıb. “Mercedes” və “Opel” markalı maşınların toqquşması nəticəsində sürücülər 2001-ci il təvəllüdlü S.İsgəndərov və 1962-ci il təvəllüdlü F.Əliyev xəsarət alıb. F.Əliyevin avtomobilində sərnişin olan K.Əliyeva isə xəstəxanaya çatdırılsa da, vəfat edib.