Modern.az

Pakistanda güclü ZƏLZƏLƏ

Pakistanda güclü ZƏLZƏLƏ

13 Noyabr 2024, 12:28

Pakistanda 5,3 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, zəlzələ paytaxt İslamabad da daxil olmaqla bir sıra əyalət və rayonlarda hiss olunub.

Pakistan Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin dərinliyi 220 kilometr, episentri isə Əfqanıstanın Hinduquş silsiləsində olub.

Yeraltı təkan əhali arasında təşviş yaradıb. Mülki müdafiə qüvvələri zəlzələdən sonra insan tələfatı və dağıntı olmadığını açıqlayıb. Ərazidə yoxlamalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü