Modern.az

Yunis Hüseynov yeni vəzifə VERİLDİ

Yunis Hüseynov yeni vəzifə VERİLDİ

13 Noyabr 2024, 15:01

Azərbaycanın veteran futbolçusu Yunis Hüseynov “Turan Tovuz”da işləyəcək.

Klubdan Modern.az-a verilən məlumata görə, PRO kateqoriyalı mütəxəssis Andrey Matyura ilə birlikdə baş məşqçi Kurban Berdıyevin köməkçisi vəzifəsini icra edəcək.

Məşqçilik karyerasında “Karvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Keşlə” (hazırkı “Şamaxı”) klublarına rəhbərlik etmiş Y.Hüseynovla imzalanmış müqavilənin müddəti 2024/2025-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, mütəxəssis bu vəzifədə ötən gün “Səbail”in baş məşqçisi təyin olunan Cavid Hüseynovu əvəzləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?