Modern.az

İsraillə münasibətlərimiz bitib - Ərdoğan

İsraillə münasibətlərimiz bitib - Ərdoğan

13 Noyabr 2024, 16:47

Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib.

Modern.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Hazırda İsraillə heç bir əlaqəmiz yoxdur. Biz gələcəkdə bu münasibətləri yaxşılaşdırmaq üçün də heç bir addım atmırıq”, - Ərdoğan vurğulayıb.

Ərdoğan Türkiyə hökumətinin İsraillə münasibətləri davam etdirdiyinə dair iddiaların yalan olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü