Modern.az

Müsavat Partiyası: “ACP-ni real müxalifət hesab etmirik”

Müsavat Partiyası: “ACP-ni real müxalifət hesab etmirik”

24 Dekabr 2013, 12:16

“Müsavat Partiyası danışıqlara başlamazdan öncə qərara alındı ki, Rəsulzadə-Elçibəy yolunu davam etdirən real müxalifət qüvvələr ilə danışıqlar aparılsın. Partiya daha öncədən bəyan etmişdi ki, bu sırada Açıq Cəmiyyət Partiyasını (ACP) və Azərbaycan Liberal Partiyasını (ALP) görmür. Biz bu partiyalarla danışıqlar aparmağa ehtiyac duymuruq”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, Milli Şuraya daxil olan partiyaların bir hissəsinin real müxalifət olmadığına görə narazılıqlar baş verir: “Müsavat Partiyası bu məsələni dəfələrlə vurğulayıb. Zamanında da həmin partiyaların Milli Şurada təmsil olunmasının əleyhinə olmuşuq. Sadəcə, həmin vaxt ümumi prosesə ziyan olmasın deyə, razılaşdıq. Amma bu o demək deyil ki, bütün siyasi fəaliyyətimiz boyu həmin partiyalarla müttəfiqlik edək”.

T.Abbaslı qeyd edib ki, Müsavat Partiyasının məqsədi yalançı birliklər yaradıb, nəticəsiz mübarizə aparmaq deyil: “Müsavatın məqsədi Azərbaycanın demokratikləşməsi, normal cəmiyyətin qurulması uğrunda mübarizə aparmaqdır. Bu məqsədlərə də real müxalifət qüvvələri ilə nail olmaq olar. Qeyri-real təşkilatlarla mübarizə heç bir fayda vermir”.

Qeyd edək ki, dekabrın 23-də Müsavat Partiyasının Divan iclası keçirilib. İclasda Milli Şuraya daxil olan partiyalarla danışıqların davam etdirilməsi müzakirə olunub və qərara alınıb ki, yaxın günlərdə Ziyalılar Forumu və Aydınlar Partiyası ilə danışıqlar aparılsın.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!